ALİMLƏR ARAŞDIRIB
Beynəlxalq alimlərdən ibarət komandanın apardığı araşdırma göstərib ki, bənimiz hətta xoşumuza gəlməyən musiqi olanda belə, biz rəqs etməsək də müəyyən təsirə məruz qalır. Bu, fizioloji proses musiqi alətlərinin yaratdığı ritmə verilən reaksiyadır. Nəticədə, orqanizmin universal fizioloji reaksiyası, bizə yataqdan, kreslodan və ya divandan qalxmağa kömək edir. Bu fizioloji reaksiyalar, hətta əhvalımız pis və ya yaxşı olduğu zaman, hərəkət etməyə ilham verir, yaxşı əhval-ruhiyyədə isə bizi rəqs etməyə təşviq edir. Beləliklə, səhərlər qalxmaq çətin olarsa, zəngli saatda ritmik melodiya qoymağı sınayın. İşə və ya dərsə enerjili musiqi altında başlamaq gün boyu sizi daha pozitiv edəcək, deyə alimlər bildirir.
Ritmik musiqi sinir sistemimizi aktivləşdirir və hərəkət etmək istəyi yaradır. Ən təsirli musiqi isə, xoşunuza gələndir. Çünki sevimli melodiya hətta bədən ağrılarını belə azaltmağa kömək ola bilər, deyə alimlər bildirir.
Hazırda dünyada geniş tətbiq edilən musiqi terapiyası isə stresin azaldılması, təşvişin aradan qaldırılması və digər fizioloji narahatlıqların müalicəsində istifadə olunur. \\Saglamolun.Az