Hicabsız qadınlar artıq heç kimi təəccübləndirmir - İranda dəyişən dəyərlər
İranın paytaxtı Tehranda və digər şəhərlərində ictimai yerlərdə hicabsız qadınların görünməsi getdikcə adi hala çevrilir. Son illərdə sərt şəkildə tətbiq olunan məcburi hicab qaydalarının icrası indi əvvəlki qədər ciddi görünmür.
Sosial şəbəkələrdə yayılan videolarda qadınların hicabsız halda sərbəst gəzdiyi və ictimai məkanlarda rahat davrandığı müşahidə olunur. Bir çox istifadəçilər bunu “İran cəmiyyətində səssiz dəyişiklik” kimi dəyərləndirirlər.
Bir sözlə, İranda "Qadın, həyat, azadlıq!" şüarı qələbə çaldı! \\Lent.az
Tarix: 15 oktyabr 2025
Baxış: 22
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş