Sabiq icra başçısının həbs müddəti uzadıldı - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Gender.Az "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha dörd ay müddətinə uzadılıb.
Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Tarix: 14 oktyabr 2025
Baxış: 24
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş