Redaktor seçimi
    Millət vəkilləri süni intellektdən istifadə edir? - SORĞU
Xəbər lenti
Reklam
Mərhum Xalq artisti Ramiz Quliyevin oğlu danışdı: “Həkimlər ümid verirdi”

Mərhum Xalq artisti Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev atası haqqında açıqlamalar verib. 
O, bu barədə "Xəzər axşamı" verilişinə danışıb.
Əməkdar artist bildirib ki, həkimlər müalicənin uğurlu getdiyini söyləyirdilər: 
"Həm ailə üzvü kimi, həm də onun tələbəsi kimi ağır dəqiqələr yaşayıram. Daxilən peşmanlıq var, ümidlərimiz var idi ki, yaxşı olacaq. Müalicəsi yaxşı gedirdi, müsbət dinamika var idi. Heydər Əliyev Fondunun rəhbərliyi sağ olsun, müalicəsi zamanı bütün prosedurlara nəzarət edirdilər, bizə dəstək olurdular. Dünən evə gətirdik, həkimlər belə yönləndirdi, dedilər, müalicə uğurlu gedir. Gözlənilmədən bu gün səhər saatlarında onu itirdik". 
O qeyd edib ki, hər şey bir neçə saatın içində baş verib:
"Bir neçə xroniki xəstəliyi var idi, əsas böyrək çatışmazlığından əziyyət çəkirdi. Nəfəs almasında, ağ ciyərlərində problem var idi. Hər şey bir neçə saatın içində gözlənilmədən oldu. Şok içindəyik, hələ də özümüzə gələ bilmirik. Bir neçə gündür, süni nəfəs aparatından ayrılmışdı. Rahat danışırdı, hamımızı – məni, qardaşımı, anamı xatırlayırdı". 
Əyyub Quliyevin sözlərinə görə, Ramiz Quliyev bir neçə xəstəliyi üst-üstə keçirdiyi üçün orqanizmi tab gətirə bilməyib:
"Görüşürdük, klinikaya gedirdik, evə gələndə çox sevincli idi. Mübariz insan idi, elə vəziyyət yarandı ki, bir neçə xəstəlik üst-üstə düşdü, müalicə zamanı yaşın təsiri ilə orqanizim tab gətirə bilmədi. İtkisi hamımız üçün ağırdır, bilirəm ki, yeri həmişə boş qalacaq. Səmimi söhbətlərimiz olmuşdu, dedi ki, bilirsən xeyirlə şər bir yerdədir. Niyə bu sözü dedi, bilmədim... Həmişə deyirdi ki, geyinib getmək istəyirəm. Xəstəxanada da bunu dedi". \\Yeni Sabah

Tarix: 15 oktyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş