Bu Akademiyaya yeni rektor təyin edildi
Əmək və Sosial Münasibətlər Akademiyasında kadr dəyişikliyi olub.
Gender.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Həmkarlar İttifaqları Konfedarasiyasının sədri Sahib Məmmədovun əmri ilə rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev vəzifəsindən azad edilib.
AHİK sədrinin digər əmri ilə rektor vəzifəsi Fərid Babayevə həvalə edilib. Yeni rektor dünən kollektivə təqdim olunub.
Qeyd edək ki, F Babayev BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin rəhbəri olub.
Tarix: 14 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş