Redaktor seçimi
    Millət vəkilləri süni intellektdən istifadə edir? - SORĞU
Xəbər lenti
Reklam
İbrahim Tatlısəsin ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəsin vəfat etdiyi barədə xəbərlər yayılıb.
Bu barədə “Haberler” məlumat yayıb.
Qeyd olunub ki, yayılan məlumatlar heç bir rəsmi mənbəyə əsaslanmır və ictimaiyyətdə narahatlıq yaradıb. 
Tatlısəsin yaxın çevrəsi bildirib ki, “İmperator” ləqəbli sənətçi hazırda ev şəraitində həyatına davam edir.
Xatırladaq ki, 1952-ci ildə anadan olan İbrahim Tatlısəs son illərdə bir sıra ciddi hadisələrdən – 2011-ci ildə silahlı hücumdan və 2022-ci ildə Bodrumda keçirdiyi avtomobil qəzasından sonra uzunmüddətli müalicə alıb.
Hadisələr nəticəsində onun hərəkət və nitq qabiliyyətində müəyyən çətinliklər yaranmışdı, lakin o, reabilitasiya dövrünü uğurla başa vurub. \\Globalinfo.az 

Tarix: 15 oktyabr 2025
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş