Redaktor seçimi
    Millət vəkilləri süni intellektdən istifadə edir? - SORĞU
Xəbər lenti
Reklam
Mətbəximizdə ƏN TƏHLÜKƏLİ əşya bu imiş - Dərhal atın

Müasir evdar qadınların çoxu mətbəxdə bişirmə üçün silikon formalardan istifadə edir. Bu da onların rahat və praktik olması ilə əlaqəlidir. Lakin mütəxəssislərin sözlərinə görə, belə məmulatlar orqanizm üçün zərərlidir.

Silikon formalar qızdırıldıqda toksik maddələr buraxır və bu maddələr həm yeməyə, həm də havaya keçir.

Söhbət xüsusilə kimyəvi birləşmələrdən gedir. Bu faktı Kanada Səhiyyə Nazirliyinin tədqiqatı müəyyən edib.

Mütəxəssislərin izahına görə, silikon kauçukdan hazırlanmış məmulatlarda müxtəlif kimyəvi tərkibli maddələr olur — xüsusilə də tərkibində silikon və oksigen olan tsiklik və ya xətti siloksanlar.

Alimlər belə bişirmə formalarında 25 növ tsiklik siloksan, eləcə də ağır konqenerlər aşkar ediblər. Ekspertlər vurğulayıblar ki, bu cür məmulatlar ilk növbədə uşaqların sağlamlığı üçün zərərlidir. \\Bizim.Media

Tarix: 15 oktyabr 2025
Baxış: 20

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş