“WhatsApp”da mesaj göndərmək üsulu dəyişdi
“WhatsApp” yeniliklər üzərində işləyir.
Gender.Az xəbər verir ki, “WhatsApp” istifadəçilərə müəyyən vaxtda mesaj göndərməyə imkan verəcək funksiya üzərində işləyir. Bu funksiya istifadəçilərə vacib mesajları müəyyən tarix və saatda avtomatik göndərməyə imkan verəcək. Məlumata görə, yeni funksiya xüsusilə biznes istifadəçiləri üçün faydalı olacağı gözlənilir. İstifadəçi təhlükəsizliyini artırmaq üçün “WhatsApp” yeni təhlükəsizlik funksiyaları əlavə etməyi nəzərdən keçirir.
Bunlara iki faktorlu autentifikasiyanın daha da gücləndirilməsi və istifadəçilərin söhbətlərinin şifrələnməsi imkanlarının artırılması daxildir. Bundan əlavə, istifadəçilərin hesablarına icazəsiz girişin qarşısını almaq üçün yeni bildiriş sistemləri tətbiq olunacaq.
Tarix: 14 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş