"Politico” nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya və Pakistan Qəzza zolağına sülhməramlı qüvvələr göndərmək üçün əsas namizəd ölkələr hesab olunur.
Bu, nə dərəcədə realdır ?
Gender.Az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan deputat Azər Allahverənov deyib ki, KİV-də müəyyən məlumatlar getdi ki, Azərbaycanın sülhməramlı qüvvələrinin Qəzzaya göndərilməsi mümkün ola bilər, amma konkret mənbələr göstərilmir:
"Ola bilər sadəcə bir fikir olaraq dilə gətirilir. Xüsusən Pakistan, İndoneziya və Azərbaycanın sülhməramlıları qeyd olunur.
Pakistan sülhməramlılarının az da olsa müəyyən münaqişə ocaqlarında olduğunu görmüşük. Azərbaycan sülhməramlıları fəal sürətdə bir çox qaynar nöqtələrdə missiya həyata keçiriblər. Sonuncu missiyalardan biri məhz Əfqanıstanda olmuşdu.
Bir sıra dövlətlər var ki, onlar Qəzzada belə bir missiyanın tərkibində ola bilərlər. O dövlətlərdən biri də Azərbaycan ola bilər. Azərbaycan sülhməramlıları bu missiya üçün tələb olunan peşəkarlığı malikdir".
Cavidan Mirzəzadə