Abid Şərifov insult keçirib — Vəziyyəti ağırdır
Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.
Gender.az “yenisabah”a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.
Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.
A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.
Tarix: 16 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş