Redaktor seçimi
    Zəngəzur dəhlizinin xəritəsi hazırlandı - Foto
Xəbər lenti
Reklam
Milli Məclisdə bir deputat yeri boşaldı

Mərkəzi Seçki Komissiyası (MSK) deputat Ramil Həsənin mandatına xitam verib.
Bununla da parlamentdə bir yer boşalıb.
Bu, 94 saylı Ucar seçki dairəsi üzrə deputat yeridir. 
Hazırda qanunverici orqanın 124 üzvü var.
Qeyd edək ki, Ramil Həsən 2024-cü ilin sentyabrın 1-də 94 saylı Ucar seçki dairəsindən deputat seçilmişdi. O, iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib. R.Həsən bununla əlaqədar deputat mandatından imtina edib. O, oktyabrın 15-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Azərbaycan parlamenti 125 deputatdan ibarətdir. \\Yeni Sabah

Tarix: 15 oktyabr 2025
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş