Xəbər lenti
Reklam
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi baş verib.
Gender.Az Musavat.com-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
Ramin Orucov bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.




Tarix: 27 oktyabr 2026
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş