Gender.az xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
Qeyd olunub ki, hazırda istifadəçilərin 90 faizdən çoxu 100 Mbit/s və daha aşağı sürətli internet paketlərindən yararlanır. Buna görə də minimum sürətin artırılmasının bütün abonentlər üçün zəruri olmadığı və istifadəçilərə seçim imkanının yaradılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə internet tariflərində dəyişiklik edilib. Həmin vaxt minimum paket 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilib. Nəticədə minimum aylıq ödəniş təxminən 40 faiz artıb.
Ekspert əlavə edib ki, ölkə üzrə keyfiyyətli və yüksəksürətli internetin təmin edilməsi vacib olsa da, bu, minimum tarifin hamı üçün artırılması hesabına həyata keçirilməməlidir. Vətəndaşların xidmətə maddi əlçatanlığının qorunması və fərqli paketlər arasında seçim edə bilməsi əsas şərtlərdən biri kimi göstərilib. \\Olke.az







Pensiyası kəsilənlərin nəzərinə
Naxçıvanda vəzifəli şəxs həbs EDİLDİ
Yaşınız 50-ni keçibsə, DİQQƏTLİ olun
"Aztelekom" internet tariflərini artırmaq üçün müraciət edib?
Xərçənglə mübarizədə təhsil müəssisələrinin rolu artırılmalıdır — Onkoloq
Narınginin orqanizmə 10 FAYDASI
Bakıda binada uçqun
Vətən müharibəsi qazisi qətlə yetirilib - FOTOLAR
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Bakının 2 rayonunda qaz olmayacaq



