Redaktor seçimi
    Türkiyə sərhədi Azərbaycanın xəbəri olmadan açmayacaq – Şamil Ayrım
Xəbər lenti
Reklam
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı

Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı ərazidə obyekt tikintisinin aparıldığı və tikinti sahəsinə düşən bir ağacın kəsildiyi müəyyən edilib. 
Faktla bağlı akt tərtib edilib, yaşıllıqların mühafizəsi qaydalarının pozulmasına görə obyektin sahibinə 4600 manat məbləğində cərimə və ziyan tətbiq olunub. 
Eyni zamanda, ərazidə bu kimi halların qarşısının alınması məqsədilə Binəqədi Rayon Polis İdarəsinə, tikinti işlərinin şəhərsalma və tikinti qaydalarına uyğunluğunun araşdırılması üçün isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. \\Ekologiya.az  
Tarix: 26 oktyabr 2026
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş