Xəbər lenti
Reklam
Qara dənizdə batan gəmidə olan azərbaycanlıların adları AÇIQLANDI


Bu gün Qara dənizdə Rumıniya sahilləri yaxınlığında Komor adaları bayrağı altında üzən və dron hücumu nəticəsində batan "Xorev" yük gəmisindən xilas edilən Azərbaycan vətəndaşlarının adları bəlli olub.

Göyərtəsində 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 heyət üzvünün olduğu gəmidən Rumıniya Dəniz Koordinasiya Mərkəzinin qəza siqnalı əsasında xilasetmə əməliyyatı başlanılıb.
Keçirilən əməliyyat nəticəsində 9 nəfər xilas edilib, 1 dənizçi həlak olub, 3 nəfər isə itkin düşüb.
Hücumdan sonra batmış gəmidən sağ çıxarılan Azərbaycan vətəndaşlarının adları açıqlanıb:
Kənan Cabbarağa oğlu Həsənov
Rufan Xalıq oğlu Əhmədov
İmran Hüseyn oğlu Tağıyev.
Hücum zamanı Rufan Əhmədovun yüngül xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, hazırda Rumıniya Sahil Mühafizəsi və Dənizdə İnsanların Xilasedilməsi Agentliyi tərəfindən itkin düşən dənizçilərin axtarış-xilasetmə işləri davam etdirilir. \\Ajans.az
Tarix: 23 oktyabr 2026
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş