Pensiyası kəsilənlərin nəzərinə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) əvvəllər təyin edilmiş əmək pensiyasının hansı hallarda bərpa və ya yenidən təyin edilə biləcəyinə aydınlıq gətirib.
Gender.Az xəbər verir ki, DSMF-dən bildirilib ki, ümumi xəstəlik səbəbindən əlilliyə görə təyin edilmiş pensiyanın ödənişi əlillik müddəti başa çatdığı üçün dayandırılıbsa, 5 il ərzində əlillik yenidən baş verdikdə pensiya bərpa olunur.
5 ildən artıq müddət keçdikdən sonra əlillik yaranarsa, şəxsin pensiya hüququna yenidən baxılır və hüquq olduğu halda pensiya yenidən təyin edilir.
Müraciətlər elektron qaydada, bu mümkün olmadıqda isə DSMF-nin aidiyyəti struktur bölmələri və DOST mərkəzləri vasitəsilə qəbul edilir./metbuat
Tarix: 22 oktyabr 2026
Baxış: 40
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş