Redaktor seçimi
    Türkiyə sərhədi Azərbaycanın xəbəri olmadan açmayacaq – Şamil Ayrım
Xəbər lenti
Reklam
“Bakcell” “eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

“Bakcell” abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün “eSIM” həllini təqdim edir. Fiziki “SIM” karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir.
“eSIM” fiziki “SIM” karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verən rəqəmsal “SIM” texnologiyasıdır. Nömrə “QR” kod vasitəsilə birbaşa cihazda aktivləşdirilir və adi “SIM” kartda olduğu kimi zəng, SMS və mobil internet daxil olmaqla bütün əsas xidmətlərdən istifadə etməyə imkan verir.
“eSIM”in əsas üstünlükləri sırasında bir cihazda bir neçə nömrədən istifadə imkanı, sürətli aktivləşdirmə və plastik “SIM” karta ehtiyacın aradan qalxması yer alır. Bu xüsusiyyətlər istifadəçilərə şəxsi və iş nömrələrini eyni cihazda daha rahat idarə etməyə imkan verir.
Yeni “eSIM” əldə etmək və ya mövcud “Bakcell” nömrəsini “eSIM”ə keçirmək “Bakcell” tətbiqi, veb-saytı, eləcə də Müştəri Xidmətləri və rəsmi diler mərkəzləri vasitəsilə mümkündür.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

Tarix: 26 oktyabr 2026
Baxış: 737

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş