Kirayə mexanizmi ilə aldığı mənzili satmaq istəyənlərin nəzərinə: Bu tarixədək...
Xəbər verdiyimiz kimi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına dəyişiklik edilib. Belə ki, artıq satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.
Bəs yeni qaydalar hansı tarixdən ev alanlara şamil ediləcək?
Məsələyə aydınlıq gətirən İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi Anar Cəbrayıllı Pravda.az-a açıqlamasında bildirib ki, bu, 2026-cı il oktabrın 1-dən sonra rəsmiləşdirilmiş müqavilələrə şamil edilir:
“Əvvəl müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün ümumi qayda olaraq müqavilənin qüvvəyə mindiyi tarixdən 12 ay keçməsi tələb olunurdu. Yeni qaydalarla isə bu müddət üç il olub. Yəni yeni qaydalara əsasən kimsə sentyabrın 27-də kirayə mənzil alıb müqavilə ilə rəsmiləşdiribsə, onun üçün yenə bir il qüvvədə qalır. Lakin oktyabrın 2-də alıb rəsmiləşdirənlər üçün artıq bu müddət 3 il olacaq”.
Şəhanə Qədirli
Tarix: 23 oktyabr 2026
Baxış: 35
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş