Xəbər lenti
Reklam
Ramiz Mehdiyevlə bağlı bu qərar da gözlənilir – RƏSMİ

Xəbər verdiyimiz kimi, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. “Boz kardinal”a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.
Gender.Az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb.
Mehdiyev Ramiz Ənvər oğlunun bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib./qafqazinfo

Tarix: 27 oktyabr 2026
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş