Redaktor seçimi
    Türkiyə sərhədi Azərbaycanın xəbəri olmadan açmayacaq – Şamil Ayrım
Xəbər lenti
Reklam
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı XƏBƏRDARLIQ YAYDI

Son günlər vətəndaşların "WhatsApp" hesablarının digər cihazlarda aktivləşdirilməsi məqsədilə birdəfəlik təsdiqləmə (OTP) kodlarının göndərilməsi halları müşahidə olunur.
Gender.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər.
Baş Prokurorluq vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə çağırıb.
Həmçinin birdəfəlik təsdiqləmə kodlarının heç bir halda digər şəxslərlə paylaşılmaması tövsiyə olunub.
Qurum rəqəmsal təhlükəsizliyin şəxsi məlumatların qorunmasından başladığını vurğulayıb.

Tarix: 26 oktyabr 2026
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş