Redaktor seçimi
    Türkiyə sərhədi Azərbaycanın xəbəri olmadan açmayacaq – Şamil Ayrım
Xəbər lenti
Reklam
Göyçayda ilan sancan şəxs məmur imiş - FOTO

Xəbər verdiyimiz kimi, 40 yaşlı Göyçay sakinini biləyindən ilan sancıb.
Gender.az bildirir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Mehman oğlu Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır.
Həmin şəxs ilan vurması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası, zəhərli ilan sancması diaqnozu təyin edilib. Pasiyentə ilan zəhəri əleyhinə zərdab tətbiq edilib və ixtisaslı tibbi xidmət göstərilməsi üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.
Xatırladaq ki, hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir./metbuat.az

Göyçayda ilan sancan şəxs məmur imiş - FOTO — foto 1

Tarix: 26 oktyabr 2026
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş