"Azərenerji" rəsmisi: "İstiliklə bağlı hazırkı tariflər real qiymətlərdən 13 dəfə azdır"

"İstiliklə bağlı hazırkı tariflər real tariflərdən 4-13 dəfə aşağıdır".
Gender.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, Tarif Şurasının qərarına əsasən, 1 kvadratmetr sahəni isitmək üçün 30 qəpik tarif haqqı tətbiq olunur:
"Mövcud tarifə əsasən, "Azərenerji"nin istilik enerjisinin "Azəristiliktəchizat"a topdansatış qiyməti 3 manatdır. 1990-cı illərdən sonra tikilib istifadəyə verilən binalarda 1 kvadratmetr yaşayış sahəsinin isidilməsi üçün 60-80, 1990-cı illərədək tikilən binalarda 150-160 kv/saat enerji tələb olunur. 1 kvadratmetr sahənin bir aylıq isidilməsi üçün istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Baki İstilik Elektrik Mərkəzinin istilik enerjisinin maya dəyəri 42.5 manatdır. Biz onu 3 manata satırıq. Hazırkı tariflər 4-13 dəfə real tariflərdən aşağıdır".
Tarix: 04 iyun 2025
Baxış: 33
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş