Xəbər lenti
Reklam
Gədəbəydə qar uçqununda əsgərlərin həlak olma faktı üzrə cinayət işi başlandı

Əsgərlərin həlak olma faktı üzrə cinayət işi başlandı
Azərbaycan Ordusunun iki əsgəri - İmanov Əli Tariyel oğlu və əsgər Həmidov Rüstəm Ruslan oğlunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olması faktı üzrə araşdırmalar davam edir.
Gender.az Teleqraf.Az-a istinadən xəbər verir ki,hər iki əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb, intensiv istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər R.Həmidov və əsgər Ə.İmanov Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşüblər. Martın 21-də onların nəşi tapılıb.
Rüstəm Həmidov Bərdə şəhərində, Əli İmanov isə Sabirabadın Muğan Gəncəli kəndində dəfn olunub.

Tarix: 24 mart 2025
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş