Xəbər lenti
Reklam
"Şagirdlərin etirazı müəllimin onlarla güclü mənəvi bağ qurduğunu göstərir" - Gəncədəki hadisəyə REAKSİYA

Gəncə şəhər 34 saylı məktəbin 5-ci sinif şagirdini döydüyü iddia edilən ingilis dili müəlliminin məktəbdən çıxarılması səs küyə səbəb olub. Belə ki, bu, şagirdlər tərəfindən etirazla qarşılanıb.
Mövzu ilə bağlı Redaktor.Az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu, o deməkdir ki, müəllim onlara yalnız fənni öyrətməyib, həm də onlarla güclü mənəvi bağ qurub:
"Gəncə şəhəri 34 nömrəli məktəbin 5C sinif şagirdlərinin ingilis dili müəllimləri Cavid Rzayevin işinə bərpa olunmasını tələb etməsi təhsil sistemimiz üçün çox vacib bir nümunədir. Müəllim təkcə bilik verən şəxs deyil, o, eyni zamanda bir sinfin rəhbəri, formalaşdırıcısı, öyrədən və tərbiyə edəndir. Bu gün biz görürük ki, şagirdlər öz müəllimlərinə sahib çıxır, onların haqqını müdafiə edir və onun dərsə qayıtmasını istəyirlər. Bu, elə müəllimlik sənətinin ən ali göstəricisidir".


Ekspertin fikrincə, müəllimlərin nüfuzunun aşağı salındığı, onların hüquqlarının tez-tez pozulduğu bir dövrdə şagirdlərin belə bir həmrəylik nümayiş etdirməsi cəmiyyətə mesajdır.
""Biz müəllimimizi istəyirik, biz müəllimimizə inanırıq!” ifadələri bir çox şeyi sübut edir. Müəllim sadəcə işçi deyil, o, şagirdlərin həyatında dərin iz buraxan şəxsdir. Bəli, məktəbdə qaydalar olmalıdır, bəli, müəllimlər və şagirdlər arasında etik çərçivələr qorunmalıdır, amma müəllimlər də qorunmalıdır. Əgər müəllim işindən uzaqlaşdırılıbsa, onun səviyyəli təhsil verib-verməməsinə, şagirdlərin ona münasibətinə də diqqət yetirilməlidir. Bugünkü hadisə sübut edir ki, Cavid Rzayev sıradan bir müəllim deyil, o, şagirdlərin sevdiyi, onlarla mənəvi bağ quran, onlar üçün dəyərli olan bir müəllimdir", - deyə K.Əsədov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Tarix: 19 fevral 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş