Dünya Xoşbəxtlik Hesabatına əsasən, dünyanın ən xoşbəxt ölkəsi olaraq tanınan Finlandiya yalnız xoşbəxt sakinləri ilə deyil, həm də özünəməxsus mədəniyyəti və ənənələri ilə diqqət çəkir. Finlandiya Türkiyənin təxminən yarısı qədər bir əraziyə malikdir və cəmi 5,5 milyon nəfərlik əhalisi var - demək olar ki, Ankaranın əhalisi qədər.
Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, ilin çox hissəsini çətin qış şərtləri altında keçirən finlər, çoxlu qəhvə içir, bəzən isə bir qədər melanxolik ola bilirlər. Finlandiya həm də saunaları ilə məşhur bir rifah ölkəsidir. Onların unikal adət-ənənələri və sosial normaları ölkə mədəniyyətinə böyük təsir göstərir.
Finlandiya haqqında az bilinən maraqlı faktlar:
1. Cərimələr gəlirə görə müəyyən edilir
Finlandiyada yol hərəkəti qaydalarını pozanların alacağı cərimə onların gəlirlərinə əsaslanır. "Günlük cərimə" sistemi sürücünün gəlirindən və sürət həddini nə qədər aşdığından asılı olaraq hesablanır.
Məsələn, 2023-cü ildə Finlandiyada bir milyonçu sürət həddini aşdığı üçün 121 min avro məbləğində cərimə ödəyib.
2. Hər kəs üçün 0,5 çox sauna varFinlandiyada təxminən 3 milyon sauna mövcuddur. Yəni hər bir nəfərə 0,5 çox sauna düşür. Sauna finlərin gündəlik həyatının və mədəni irsinin ayrılmaz hissəsidir.
Saunalar ölkədə daş dövründən qalan tikililər arasında da tapılıb. Müasir dövrdə isə onları evlərdən tutmuş restoranlara və hətta hökumət binalarına qədər hər yerdə görmək mümkündür.
3. Yeni doğulan körpələr üçün "körpə qutusu" verilir
Finlandiya hökuməti yeni valideynlərə "aitiyspakkaus", yəni "körpə qutusu" adlanan bir paket təqdim edir. Bu qutuda körpə geyimlərindən tutmuş uşaq bezi, dəsmallar və hətta çarpayıya çevrilə bilən yataq daxil olmaqla bir çox vacib əşyalar var.
Bu fikir digər ölkələrə də ilham verib. Məsələn, 2023-cü ildə ABŞ-da bir neçə ştatda yeni valideynlərə belə paketlərin göndərilməsi üçün pilot proqram başladılıb.
4. "Həyat yoldaşı daşıma" adlı idman növü var
Finlandiyanın Sonkajarvi qəsəbəsində hər il həyat yoldaşı daşıma yarışları keçirilir. 1990-cı illərdə başlayan bu idman növü beynəlxalq bir yarışmaya çevrilib. Əvvəllər yarışda kişilər yalnız öz həyat yoldaşlarını daşımalı idilər, amma indi komanda yoldaşlarının kim olacağı daha sərbəst müəyyən edilir.
Yarış təxminən 250 metr uzunluğunda bir parkurda keçirilir və iştirakçılar müxtəlif maneələrdən, o cümlədən göl və hasarlardan keçirlər.
5. Evdə alt paltarı ilə içmək üçün xüsusi bir ifadə var
Finlərin "kalsarikanni" adlanan ifadəsi "evdə alt paltarı ilə içki içmək" deməkdir. Bu, finlərin rahatlıq və keyfiyyət anlayışını əks etdirən bir həyat fəlsəfəsidir.
Digər maraqlı fin sözləri arasında "vahingonilo" (başqasının bədbəxtliyindən zövq alma) və "sisu" (əzmkarlıq, dözümlülük və inadkarlıq) var.
6. Hər kəsə bir heavy metal qrupu düşür
Finlandiya dünyada ən çox heavy metal qrupu olan ölkədir. Hər 100 min nəfərə 50-dən çox metal qrupu düşür.
Hətta 2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama Finlandiyanın heavy metal sevgisindən zarafatla bəhs edərək ölkənin idarəetmə uğuru ilə bu fakt arasında əlaqə olub-olmadığını soruşmuşdu.
Metal musiqi Finlandiyada sadəcə bir janr deyil, həm də bir mədəniyyətin göstəricisidir.
7. Çox duzlu konfetləri ilə məşhurdur
Finlandiyanın məşhur "salmiakki" adlı konfetləri duzlu mərcan kökü və ammonium xloriddən hazırlanır. Əvvəlcə öskürək dərmanı kimi satılan bu şirniyyat indi ölkənin milli qənnadı məmulatı hesab olunur.
Finlandiya Duzlu Mərcan Kökü Assosiasiyasının qurucusu Jukka Annala "salmiakki" haqqında deyir: "Bu şirniyyat Finlandiyanın məşhur sisu ruhunu - dözümlülük və qərarlılığı təmsil edir".
Finlandiya bu qeyri-adi mədəni elementləri ilə dünyanın ən maraqlı və xoşbəxt ölkələrindən biri olaraq qalır.
Aydın