XİN: Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.
Tarix: 21 yanvar 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş