Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
“Fərid mənə əxlaqsız təkliflər etdi” — MƏHKƏMƏ

Ağdam rayonunda 1980-ci il təvəllüdlü Dadaş şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Fəridə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Hadisə 15 may 2024-cü ildə Ağdam rayonunun kəndlərindən birində baş verib. Dadaş kəndin ərazisində bacısı Mədinənin barəsində xoşagəlməz söhbətlər danışaraq tanışları arasında rüsvay etdiyini əsas gətirərək irad bildirdiyindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Fəridin üz nahiyəsinə yumruqla bir dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Dadaşın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dadaş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fərid onun bacısı Mədinənin ünvanına xoşagəlməz sözlər danışdığından və Mədinəyə əxlaqsızlıq təklif etdiyindən aralarında mübahisə yaranıb: “Bu mübahisəyə görə 15 may 2024-cü ildə axşam vaxtı Ağdam rayonunun kəndində  küçədə Fəridin sifət nahiyyəsindən yumruqla bir dəfə vurdum”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fəridin sözlərinə görə, mayın 7-də gecə vaxtı yaşadığı evin küçəsində sürücüsü olmayan tanımadığı avtomobilin dayandığını görüb: “Qonşularla birlikdə avtomobilin sahibini gözləsək də, sonuncu gəlmədi. Təxminən 1-2 gün sonra Dadaşın bacısı Mədinə zəng vuraraq niyə onun barəsində əxlaqsız sözlər danışdığımı dedi. Mayın 15-də, saat 21 radələrində yaşadığım evin küçəsində olarkən Dadaş və Mədinə qarşısımı kəsdi. Mədinə böhtan ataraq guya mənim ona əxlaqsız hərəkətlər təklif etdiyimi dedi. Həmin vaxt Dadaş yumruqla bir dəfə sifət nahiyyəmdən vurdu”. 

İş üzrə şahid qismində ifadə verən Mədinənin sözlərinə görə, Fərid ona şər ataraq gecə vaxtı onun evinə adam gəldiyini və avtomobili küçədə saxladığını deyib: “Fərid mənə əxlaqsız təkliflər etdi. Mən də bu barədə qardaşım Dadaşa dedim. Dadaş isə Fəridi yumruqla vurdu”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Dadaş qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib. \\Demokrat.az

Tarix: 19 dekabr 2024
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş