Bakıda mağazaların birində kiloqramı 4.59 manata "Şəfəq" sosiskaları satılır. 1 kiloqram sosiska hazırlamaq üçün lazım olan toyuq ətinin dəyəri təxminən 6-8 manatdır. İstehsal və daşınma xərclərini də nəzərə alsaq, 10 manatdan aşağı satılması məntiqsiz olan bu ət məhsullarının niyə bu qədər ucuz olduğunu satıcılardan soruşduq.Satıcılar söhbət zamanı bildirdilər ki, "Şəfəq" sosiskasını istehsalçı şirkətdən 2.50 manata götürürlər. Qiyməti ucuz olduğundan alıcıların ən çox aldığı da elə bu məhsuldur.
Mağazadakı müştərilərin də rəyini öyrənirik. Dedilər ki, "Şəfəq" sosiskası ucuz olduğu üçün ən çox satılan firmadır.
Satıcılar öz aralarında buna "pişik sosiskası" da deyirlər. Məhsulun üzərində istehsalçı haqqında bu məlumatlar var: "Ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosesi 129, istehsalçı şirkət fiziki şəxs Məmmədov R.-ya məxsusdur".








Azərbaycanda bu şəxslərin iş saatı dəyişir - Milli Məclis təsdiqlədi
Hansı yaşda şəkərli diabet daha çox aktivləşir?
Sabah bu ərazilərdə işıq olmayacaq
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
Ramiz Mehdiyevlə bağlı bu qərar da gözlənilir – RƏSMİ
Pərviz Abubəkirov vəzifəsindən gedir
Bu ölkədə 21 günlük karantin tətbiq edildi
Nizami Cəfərovdan İranın nazirinə SƏRT CAVAB: “Bu, düşük bir konyunkturadır”
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı



