Redaktor seçimi
    Hikmət Hacıyev: Qarabağ müharibəsi zamanı erməni mənbələr süni şəkildə yaradılmış təsvirlərdən istifadə edirdi
Xəbər lenti
Reklam
Məşhur geyim dükanının qurucusu hündürlükdən yıxılaraq öldü

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən zəngin adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəza nəticəsində dünyasını dəyişib.
Bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.
Məlumata görə, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
Qeyd olunur ki, Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.
Mango mətbuata açıqlamasında ölümü təsdiqləyib.

\\Ucnoqta.az

Tarix: 14 dekabr 2024
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş