Redaktor seçimi
    “DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?
Xəbər lenti
Reklam
Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDILAR

Masallıda qanunsuz ov faktları aşkarlanıb.
Gender.Az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində R.Hüseynov və V.Eynullayevin Masallı rayonu ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən bir ədəd “TOZ” markalı ov tüfəngi, bir ədəd “Kral Arms” markalı pnevmatik tüfəng və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, keçirilən müvafiq tədbirlər zamanı Masallı rayonu ərazisində fəaliyyət göstərən iki restoranda ovlanması qadağan edilmiş çöl quşları aşkarlanıb. Hər iki restoran sahibinə təbiətə vurduqları ziyan ödətdirilib.
Faktlar üzrə araşdırma aparılır.

Tarix: 13 dekabr 2024
Baxış: 51

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş