Amsterdam, Banqkok, Rotterdam və dünyanın digər şəhərləri 2050-ci ilə qədər su altında qala bilər.
Bu varədə "Climate Central" iqlim tədqiqat mərkəzinin hesabatında deyilir.
Mərkəzin hesablamalarına görə, 2050-ci ildə ölkənin paytaxtı Amsterdam da daxil olmaqla Niderlandın əhəmiyyətli bir hissəsi dəniz səviyyəsinin qalxması səbəbindən su altında qala bilər.
Belçikada Antverpen və Brügge, Fransada Dünkerk və Kale şəhərlərinin qismən su altında qalması proqnozlaşdırlır.
Asiya qitəsində Tailandın paytaxtı Banqkok, Şanxay və Yanqon su altında qala bilər.
"Climate Central"ın hesabatına əsasən, su ABŞ-ın şərq və cənub sahillərinin böyük hissələrini, o cümlədən Mendən Floridanın cənubuna və Floridadan Texasa qədər onlarla icmanı əhatə edə bilər.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Florida ştatındakı Everqleyds Milli Parkı (ərazisi 6105 kv.km) tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər. \\Qaynarinfo.Az