Redaktor seçimi
    “DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?
Xəbər lenti
Reklam
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gender.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 6 dekabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri davam edən müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilələr olacaq.
Tarix: 05 dekabr 2024
Baxış: 37

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş