Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu qurumlarda “13-cü maaş” veriləcək - ŞAD XƏBƏR

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcək.
Gender.Az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.
Əmrdə qeyd olunur ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən, işçi kateqoriyalarına uyğun olmaqla birfəlik mükafatlandırılma  ödəniləcək.
Əmrə əsasən, fəhlə, mütəxəssis və texniki heyət kateqoriyasında çalışan əməkdaşların ödənişləri bu ilin noyabr ayının əmək haqqı ilə birgə ödəniləcək.
Strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişləri isə 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməsi təmin olunacaq.
Tarix: 29 noyabr 2024
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş