Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-dən əlavə qatar reysləri təyin edir.
ADY-dən "Gender.az"a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək olar.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,
- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər
- Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
Tarix: 18 noyabr 2024
Baxış: 31
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş