Redaktor seçimi
    Cərrahın lisenziyası ləğv edildi - Xalq artisti alqışladı
Xəbər lenti
Reklam
Cərrahın lisenziyası ləğv edildi - Xalq artisti alqışladı

Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyinin plastik cərrah Sevinc Heydərovanın lisenziyanın ləğv edilməsi ilə bağlı qərarını alqışlayır.
Gender.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında xalq artistinin vəkili Elcan Həsənli deyib.
Vəkil bildirib ki, Sevinc Heydərova müğənniyə dəyən maddi ziyan ödəməlidir:
"Bizim hələ Sevinc Heydərova ilə bağlı bir məhkəmə prosesimiz davam edir. Hazırda iş Ali Məhkəmədədir. Doğrudur, indi biz Səhiyyə Nazirliyinin də qərarını məhkəməyə təqdim edəcəyik. Orada da Flora xanıma vurulmuş maddi ziyanın təzminatını tələb edəcəyik. Bu 30 min manatdır. Biz bu prosesdə sona qədər gedəcəyik".
"Sevinc Heydərovanın plastik cərrah kimi lisenziyasının ləğv olunmasında Flora Kərimova ilə bağlı aparılan məhkəmə işlərinin rolu olar bilərmi" sualına vəkil belə cavab verib:
"Sevinc Heydərovanın lisenziyasının ləğvi ilə bağlı tərəfimizdən də məhkəməyə müraciət edilib. Səhiyyə Nazirliyi məhkəmə yekunlaşmadan məsələni həll etdi. Biz rəsmi olaraq bütün dövlət orqanlarına müraciət etmişdik. Dövlətimizə inanırdıq".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.
Xalq artisti Flora Kərimova Sevinc Heydərovanın əməliyyat etdiyi sənət adamlarından idi. Flora Kərimova Sevinc Heydərovanı uğursuz plastik əməliyyata görə məhkəməyə verib.

Tarix: 05 fevral 2025
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş