Redaktor seçimi
    Qarabağa bir erməni qayıtsa... - Millət vəkili
Xəbər lenti
Reklam
Qarabağa bir erməni qayıtsa... - Millət vəkili

Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtmalıdır.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.
“Bir məqama diqqət etməliyik ki, ermənilərin Azərbaycana hansısa formada qayıdışının alternativi olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tezisini aktual şəkildə bütün beynəlxalq platformalarda gündəmdə saxlamalıyıq. Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır”, - deputat vurğulayıb. \\Musavat.com 

Tarix: 02 dekabr 2024
Baxış: 31

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş