COP29 tədbirinin vaxtı uzadıldı
Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadılıb.
Gender.az Ajans.az-a istinadla xəbər verir ki, ilkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək.
Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.
Xatırladaq ki, COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır və tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir.
Tarix: 21 noyabr 2024
Baxış: 22
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş