Xəbər lenti
Reklam
Vətən Müharibəsi Qəhrəmanı korpus komandiri TƏYİN EDİLDİ

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub.
Bu təyinatlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin birinci müavini general-mayor Kənan Seyidovla bağlıdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin olunub.
Qeyd edək ki, ötən ilin noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov Vətən müharibəsi işitakçısıdır. O, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülüb. K.Seyidov “Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. \\Manset.az

Tarix: 23 iyul 2021
Baxış: 210

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş