Redaktor seçimi
    “Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...” “MEYDAN” (“QRAPARAK”) BELƏ YAZIR
Xəbər lenti
Reklam
Həkimdən xəbərdarlıq: Sinovac vurduranlar bu peyvəndi vurdurmasın

Həkimdən xəbərdarlıq: ""Sinovac" vurduranlar bu peyvəndi vurdurmasın""Sinovac" vurduran 60 yaşdan aşağı şəxslərə III doza olaraq "AstraZeneca" vurmaq istəyiriksə, bu, yol verilməz hala gətirib çıxara bilər.
 Bunu ARB24-ün "Nə baş verir?"verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, "AstraZeneca" ilə "BioNTech" peyvəndinin qarışımı qanda 7 dəfə daha çox immunitet yaradır:
"Mən özüm iki fərqli peyvəndlə peyvəndlənmişəm. Fevral ayında "AstraZeneca", mayda isə "BioNTech" vurdurmuşam. İspaniya araşdırmasına görə, bu peyvəndlərin qarışımı qanda immuniteti 7 dəfə daha çox göstərir, nəyinki 2 dəfə "BioNTech" peyvəndi vurdurmaq. İndiki dövrdə "AstraZeneca" peyvəndi ilə "CoronaVac"ın qarışımını da biz tətbiq edə bilərik. Amma "AstraZeneca" peyvəndi 20-50 yaş arası şəxslərdə tromboz yarada bilərdi deyə onu 60 yaşdan yuxarı şəxslərdə məsləhət gördülər.
Həkim onu qeyd edib ki, Delta ştammı ilə əlaqədar "BioNTech" peyvəndinin ikinci generasiyası buraxılır: "Bu peyvənd özündə "Delta" ştammını da əhatə edib. Hazırda o, sınaq dövründədir və 6-12 həftə ərzində bazara çıxışı gözlənilir". \\Sonxeber.az

Tarix: 17 iyul 2021
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]