Redaktor seçimi
    “Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...” “MEYDAN” (“QRAPARAK”) BELƏ YAZIR
Xəbər lenti
Reklam
Toyda bu şərtlərlə oynamağa icazə veriləcək

Daxili İşlər Nazirliyi iyulun 1-dən sonra keçirilməsinə icazə verilən toylarda insanların masalardan uzaqlaşıb cəmləşərək rəqs etməsinə icazə verilib-verilməyəcəyinə aydınlıq gətirib.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, toylarda rəqs etməyə müəyyən şərtlərlə icazə verilir: 

"50 nəfərədək qonaqlarla keçirilən toy mərasimlərində vətəndaşlar masadan uzaqlaşarkən maska taxmalıdırlar. Buna görə də bu şənliklərdə rəqs edərkən maska taxmaq məcburidir. Lakin 50 nəfərdən 150 nəfərədək toylarda iştiraka COVID-19 pasportu ilə icazə verilir və bu məclislərdə maska taxmaq tələb olunmur".

E.Hacıyev əlavə edib ki, məhdudiyyət qoyulan 50 və 150 nəfərədək saya musiqiçilər, müğənni, tamada və ya restoranın işçi kollektivi daxil deyil: "Müəyyən edilən say yalnız qonaqlara, toy iştirakçılarına aiddir".

Tarix: 22 iyun 2021
Baxış: 63

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]