Xəbər lenti
Reklam
Leyla Məmmədova: “Dövlətimizin xidmətində dayanmaqdan hədsiz qürur hissi keçiririk” FOTOLAR

Prezident İlham Əliyev cənablarının ölkədə apardığı quruculuq və abadlıq işləri, eləcə də əhalinin sosial həyat şəraitinin daha yaxşılaşdırılması istiqamətində apardığı məqsədyönlü və qətiyyətli siyasəti regionlara da stimul verir, töhfələr bəxş edir. Bu gün dövlət-xalq vahidliyinin, birliyinin təməlində dayanan mühüm prinsiplərdən biri də məhz həmin istiqamətdə reallaşdırılan işlərdir. Eyni zamanda, istər pandemiya dövründə, istərsə də Vətən müharibəsi zamanı bu kimi fəaliyyətlər daha ardıcıl şəkildə həyata keçirildi, hazırda da davam etməkdədir.
Bu gün Azərbaycanın aparıcı regionarından olan qədim Bərdədə də bir sıra mühüm tədbirlər həyata keçirilir və həmin tədbirlər nəticəsində əldə edilən uğurlar rayon sakinləri tərəfindən dəstəklənir, alqışlanır. Xüsusilə, koronavirus pandemiyası dövründə görülən işlər və önləyici tədbirlər planına uyğun olaraq reallaşdırılan işlər əlbəttə ki, sevindirici hal kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, Bərdə rayon İcra Hakimiyyətinin qərarı ilə rayon ərazisində fəaliyyət göstərən Körpələr evi və uşaq bağçalarında işin təşkili, bağçaların ümumi vəziyyəti və pandemiya dövründə sanitar-gigiyenik durumun monitorinqinin keçirilməsi məqsədi ilə komissiya yaradılıb. Komissiyanın sədri Leyla Məmmədova qeyd edilən fikirlərlə bağlı SİA-ya verdiyi açıqlamasında bildirib ki, məhz yaradılan komissiyanın uğurlu fəaliyyəti nəticəsində rayonda mövcud olan körpələr evi və uşaq bağçaları demək olar ki, tamamilə sıradan çıxmış vəziyyətdən ən müasir standartlara cavab verən şəraitə uyğunlaşdırılıb. “Aparılan köklü təmir-bərpa işlərindən sonra bu müəssisələr təməlli qaydada öz modern üslubları ilə artıq tam olaraq istifadəyə yararlı vəziyyətə gətirilib. Halbuki, bu müəssisələr tamamilə yararsız vəziyyətdə olmaları ilə yanaşı, təhlükəli halda idilər. Biz qarşımıza məqsəd qoyduq ki, həmin müəssisələri ən müasir üslübda təmirini gerçəkləşdirək, habelə texniki təchizatlarla, lazım olan digər avadanlıqlarla təchiz edək”, deyə qeyd edən komissiyanın sədri onu da vurğulayıb ki, burada əsas məqsəd körpələrin və bağça yaşlı uşaqların yüksək keyfiyyətli təlim-tədris mühitlərini təmin etmək, həmçinin Azərbaycana sağlam, təhsilli, dünyagörüşlü vətəndaş yetişdirməkdən ibarətdir: “Əlbəttə ki, bizlər qarşımıza qoyulan öhdəliyi dərindən anlayır və dövlətimizin xidmətində dayanmaqdan qürur hissi keçiririk. Çünki bizlər həm də pedaqoq olaraq gələcək nəslimizin inkişafı istiqamətində fəaliyyətimizi qurmaqdayıq. Məhz bu xüsusda biz cənab Prezident İlham Əliyevin və Birinci Vitse prezident, Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarına gösərdikləri davamlı diqqət və qayğıları nəticəsində uğurlara imza atırıq. Artıq sözügedən istiqamətdəki fəaliyyətimizi daha geniş spektorda qurmaqla xalqımızın xidmətində ardıcıl olaraq dayanmağımıza qərar vermişik. Çünki bizim vəzifəmiz həm də bir vətəndaş məsuliyyətidir”.
Leyla Məmmədova bizə açıqlamasında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə və Zəfər düşüncələrini də bölüşərək qeyd edib ki, üzərlərinə düşən daha bir vəzifə döyüşlərdə iştirak edərək canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinin, eləcə də qazilərin xidmətlərində dayanmaqdan ibarətdir: “Belə ki, bizlər öz işimizi yalnız qeyd edilən çərçivədə başa çatmış kimi hiss etmirik, əlimizdə olan bütün imkanlardan maksmum qaydada istifadə edirik. Mövcud dövrə qədər Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirib və bu siyasət hazırda da reallaşdırılır. Bir sıra Fondların yaradılması ilə yanaşı, Azərbaycanın birinci Vitse prezidenti Mehriban xanım Əliyevanın bu şərəfli təşəbbüsü xalq tərəfindən böyük sevinc, fərəh və qürur hissi ilə qarşılanıb. Əlbəttə, həmin təşəbbüsləri davam etdirmək, həyata keçirmək payı bizlərə də nəsib olub və bizlər əlbəttə ki, Mehriban xanım Əliyevadan vüsət alır, Onun təbliğ etdiyi, həyata keçirdiyi qayğıkeşlik addımlarına bacardığımız qədər dəstək göstəririk”.
Qeyd edək ki, Leyla Məmmədova Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və Birinci Vitse prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünə ilk qoşulanlardan biridir. Belə ki, Leyla Məmmədova Bərdədə yaşayan 100-dən artıq şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi xidmətdə olan əsgərlərin ailələrinə köməklik göstərib, bu gün də həmin istiqamətdəki fəaliyyətini davam etdirir. Leyla xanım əvvəllər də Bərdədə məskunlaşan məcburi köçkün ailələrinə maddi və mənəvi yardımlar göstərib, eyni zamanda, pandemiya ilə mübarizə priosesində sosial ehtiyacları olan ailələrə maddi yardımlarını əsirgəməyib. O cümlədən, Leyla Məmmədova Vətən müharibəsi dövründə də arxa cəbhədəki fəaliyyəti ilə seçilib. O, Azərbaycanın apardığı haqlı, ədalətli mübarizəsinin beynəlxalq aləmə çatdırılmasında yaxından iştitak edib. Leyla xanım sonda bildirib ki, dövlət üçün, xalq üçün çalışmaq, fəaliyyət göstərmək onun həyatının ən qürurverici hissəsidir və hər zaman bu fəaliyyətini sevə-sevə, ürəklə, yorulmadan və əzmlə icra etməkdə davam edəcək.
Rövşən RƏSULOV

Tarix: 05 may 2021
Baxış: 9229

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş