Xəbər lenti
Reklam
Ermənilər Qarabağda meyit axtarışını dayandırdı – Səbəb

Ermənilər Qarabağda meyitlərin axtarışını qeyri-müəyyən müddətə dayandırıblar.
Bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, bələdçinin olmaması səbəbindən mayın 4-dən axtarışlar dayandırılıb. Ərazini yaxşı tanıyan bələdçi tapılacağı təqdirdə axtarışlar davam etdiriləcək. Axtarışların Füzuli, Cəbrayıl, Hadrut və Bərgüşad istiqamətlərində aparılacağı bildirilib.
Qeyd edək ki, 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1553-dür.
Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır. \\Axar

Tarix: 05 may 2021
Baxış: 231

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş