Xəbər lenti
Reklam
Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ

Noyabrın 15-i gündüz saatlarından noyabrın 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.
Gender.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına, xüsusilə sürücülərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.
Bildirilir ki, güclü külək zamanı nəqliyyat vasitəsinin idarəetməsinin çətinləşməsi, yollarda görmə məsafəsinin məhdudlaşması, ağac budaqlarının və müxtəlif əşyaların hərəkət hissəsinə düşməsi yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Bu səbəbdən sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda daha diqqətli olmaq tələb olunur.
İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin sürücüləri isə küləyin yaratdığı əlavə təhlükələri nəzərə almalıdırlar.

Tarix: 14 noyabr 2026
Baxış: 49

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş