Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxdı
Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxıb.
Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdir müavini Famil Nəcəfzadə vəzifəsindən ayrılıb.
O, 2023-2026-cı illərdə bu vəzifədə çalışıb. Eyni zamanda Statistik məlumatların kompleks təhlili sektorunun müdiri vəzifəsində işləyib.
Famil Nəcəfzadə 2022-ci ilin iyunundan 2023-cü ilin sentyabrınadək Bakı şəhər Statistika İdarəsinin rəis müavini, 2019-cu ilin oktyabrundan 2022-ci ilin iyununadək Həyat keyfiyyəti statistikası sektorunun müdiri, 2018-ci ilin iyunundan 2019-cu ilin oktyabrınadək isə həmin idarədə məsləhətçi olub./Yurd.Media/
Tarix: 11 noyabr 2026
Baxış: 15
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş