Xəbər lenti
Reklam
Gələn il qeyri-dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

2027-cı ildə Azərbaycanda qeyri-dövlət müəssisələrinə 129,6 milyon manat subsidiya proqnozlaşdırılıb.
Gender.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, gələn il qeyri-dövlət müəssisələrinə subsidiyaların məbləği cari illə müqayisədə 52,2 milyon manat və ya 67,5 % artımla proqnozlaşdırılır. Bu da əsasən "İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər" üzrə qeyri-dövlət müəssisələrinə ayrılacaq subsidiyanın 64,4 milyon manat artımla nəzərdə tutulması ilə bağlıdır.
Tarix: 14 noyabr 2026
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş