Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib.
Gender.az xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib.
Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.
Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib./Oxu.az
Tarix: 03 noyabr 2026
Baxış: 27
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş