Xəbər lenti
Reklam
Nazirliyin vəzifəli şəxsi həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin Nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanıb.
Gender.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə 2025-2026-cı illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyən Fizuli Məmmədovun meşəbəyi vəzifəsində işləyən Vidadi Əsgərovla cinayət əlaqəsinə girərək meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fizuli Məmmədov və Vidadi Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alınması) ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Tarix: 02 noyabr 2026
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş