Gender.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, əsasən Yasamal, Nəsimi, Sabail, Nərimanov və Xətai rayonlarıdır ki, burada mərkəz və mərkəzə yaxın ərazilər olduğuna görə, təbii ki, ilk növbədə həmin ərazilərə diqqət yetiriləcək və orada mərhələli sökülmə prosesi başlayacaq:
"Amma bu proses dövlət büdcəsi hesabına həyata keçirilmədiyi üçün təbii ki, investorların axtarışları olur.
İnvestorların axtarışı, qərar verilməsi, binaların köçürülməsi və s. Bunlar hamısı kifayət qədər vaxt tələb edən məsələlər olduğuna görə birdən-birə hər hansı bir layihədə olan mənzillərin sökülməsindən söhbət gedə bilməz. Bu yaxınlarda bir məsələ də olmuşdu ki, köhnə binaların bəzilərinin rekonstruksiyasını planlayırlar.
Yəqin ki, köhnə binalar içərisində seçim olacaq. Hansılar konstruktiv elementlər baxımından dayanıqlıdır və hazırda yenə də bir neçə on illik vətəndaşlara xidmət göstərə bilər, yəqin ki, onlar müəyyən ediləndən sonra həmin izolyasiya məsələləri, digər məsələlər həmin binalarda tətbiq oluna biləcək. Hansılar ki, artıq sökülməyə namizəddirlər, onlar risk daşıyıcılarıdır və eyni zamanda texniki vəziyyətləri istifadə üçün yararlı olmadığını iddia etməyə imkan yaradır, o binalar təbii ki, söküləcək. Layihə burada önəm kəsb etmir. Burada binanın istismara uyğun olub-olmaması, texniki vəziyyəti xüsusi önəm kəsb edir".







Isparta – Türkiyənin gül qoxulu şəhəri - FOTOLAR
"Nüvə qışı" təhlükəsi - BÜTÜN DÜNYADA!
Pensiyalar bu tarixdə ödəniləcək
Leyla Şıxlinskayadan “Gün keçdi” filmi ilə bağlı TƏKLİF
Azərbaycana 1 milyon gətirən kişi TUTULDU: oğlunun toyuna gəlirdi
Kəmaləddin Heydərovun rəis təyin etdiyi polkovnik KİMDİR?
Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq
Bakıda bu ərazilərdə EVLƏR SÖKÜLƏCƏK
Nazirliyin vəzifəli şəxsi həbs edildi



