Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
20 Sentyabr yalnız hərbi uğurun deyil, həm də milli birliyin təcəssümüdür - RƏY

20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan tarixi gündür.
Gender.Az bildirir ki, bu fikirləri Report-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O xatırladıb ki, lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və dövlət hakimiyyəti tam bərpa olunub:"Bu tarixi nailiyyətin əldə olunmasında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi və uzaqgörən dövlətçilik siyasəti həlledici rol oynayıb. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində ardıcıl şəkildə öz müdafiə və iqtisadi potensialını gücləndirib, milli maraqlara əsaslanan siyasət həyata keçirib və Vətən müharibəsində tarixi zəfərə nail olub. 2023-cü ilin sentyabrında isə həmin dövlətçilik xətti Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası ilə nəticələnib".
V. Qafarov qeyd edib ki, sözügedən tarix yalnız hərbi uğurun deyil, həm də güclü dövlət iradəsinin, milli birliyin və ardıcıl dövlət siyasətinin təcəssümüdür.
"Bu gün qarşıda duran əsas vəzifə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nəticələri möhkəmləndirmək, azad edilmiş ərazilərin bərpasını sürətləndirmək və Böyük Qayıdışı uğurla davam etdirməkdir", - deputat əlavə edib.
Milli Məclisin üzvü vurğulayıb ki, bu tarix şdövlətçilik dəyərlərinin daha dərindən dərk edildiyi gündür:
"Bu tarix bizə göstərir ki, güclü dövlət, milli həmrəylik və qətiyyətli liderlik Azərbaycanın gələcək inkişafının ən mühüm dayaqlarıdır".

Tarix: 19 sentyabr 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş