Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Cermuk istiqamətində irəliləməsi barədə məlumatlar yalandır
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun guya Cermuk istiqamətində irəliləməsi ilə bağlı yayılan iddiaları təkzib edib.
Qurumun açıqlamasında mətbuatda və sosial şəbəkələrdə dövr edən bu məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb. Nazirlik KİV-lərə və ictimaiyyət nümayəndələrinə Ermənistana qarşı “informasiya hücumlarında” iştirak etməmək çağırışı edib.
Rəsmi İrəvan son günlər Azərbaycanla bağlı yayılan bəzi xəbərlərin məqsədli şəkildə dezinformasiya xarakteri daşıdığını iddia edir. \\Musavat.com
Tarix: 15 avqust 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş